“İŞİD İraqda darmadağın edilib” - Səfir

“İŞİD İraqda darmadağın edilib” - Səfir
  10 Oktyabr 2017    Oxunub:1510
İraqda İŞİD terror qruplaşması praktiki olaraq darmadağın edilib.
AzVision.az “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda İŞİD-in nəzarətində ölkə ərazisinin cəmi 5 faizi qalır.

“Terrorçu qruplar bəzi yerlərdə hələ qalır, ümumilikdə isə onlar darmadağın edilib. Həqiqətən İŞİD üzərində qələbə qazanılıb və bu mübarizədə bütün iraqlılar iştirak ediblər”,-səfir deyib.

Qeyd edək ki, 2014-cü ildə İŞİD İraqın 40 faiz ərazisinə nəzarət edirdi.

AzVision.az


Teqlər: İraq   İŞİD  





Xəbər lenti