“Azərbaycanın Qarabağ mövqeyi daha da sərtləşib” - Erməni politoloq

“Azərbaycanın Qarabağ mövqeyi daha da sərtləşib” - Erməni politoloq
  10 Oktyabr 2017    Oxunub:2423
"Modus Vivendi" analitik mərkəzinin rəhbəri, erməni politoloq Ara Papian hesab edir ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi sərtləşib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Papian bu barədə fikirlərini jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Ermənistan üçün mənfi nəticələrə səbəb olacaq: "Bu, Ermənistana tətbiq edilən təzyiqin artması deməkdir. Mən Serj Sarkisyan və İlham Əliyevin böyük ehtimalla baş tutacaq görüşündən nəsə ciddi dəyişikliklər gözləmirəm" - Papyan deyib.

Erməni politoloq rəsmi Bakının Qarabağ məsələsində mövqeyinin sərt olduğunu və hazırda daha da sərtləşdiyini vurğulayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Politoloq   Qarabağ  





Xəbər lenti