Britaniya səfiri hərbi təlimin açılışında iştirak edib

Britaniya səfiri hərbi təlimin açılışında iştirak edib
  10 Oktyabr 2017    Oxunub:2070
Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts oktyabr ayının 9-da Azərbaycan Hərbi Dəniz Qüvvələrində Birləşmiş Krallığın Kral Hərbi Donanması tərəfindən təşkil olunan təlimin açılışında iştirak edib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, səfir Krofts ilk öncə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə görüşərək iki ölkə arasında müdafiə və təhsil sahəsində inkişaf edən əlaqələri müzakirə edib.

Sonra xanım Krofts Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan təlimin açılışında nitq söyləyib. Səfir Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında təhsil və təlim sahəsində mövcud olan əməkdaşlıqdan danışmış və Britaniyanın Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı hesab etdiyini bildirib. Eyni zamanda xanım Səfir Birləşmiş Krallığın Azərbaycan ilə mövcud olan güclü əlaqələri qarşıdan gələn aylar və illərdə daha da gücləndirmək istəyini bildirdi.

Kurs oktyabrın 13-dək davam edəcək.









Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Böyük-Britaniya   Azərbaycan  





Xəbər lenti