“Problemi biz yaratmadıq, günahkar ABŞ-dır” - Ərdoğan
“ABŞ-ın Baş Konsulluğunda nələrsə baş verməkdədir. ABŞ diplomatik missiyalarında FETÖ casuslarının çalışması bizləri düşünməyə vadar edir. ABŞ hökuməti deyilsə, onları kim ora işə götürüb?”, - deyə prezident bildirib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ötən həftə FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və Türkiyə ilə tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.
Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib. (APA)
AzVision.az