Daha bir partiya sədri MSK-nı məhkəməyə verir

Daha bir partiya sədri MSK-nı məhkəməyə verir
  16 Sentyabr 2013    Oxunub:843
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina olunması haqqında 13 sentyabr 2013-cü il tarixli 27/151 saylı qərarının ləğvi istiqamətində hüquq müstəvisində prosedurların icrasına başlayıb.

Ə.Əliyev bu çərçivədə 16 sentyabr 2013-cü ildə MSK-nın qeyd olunan qərarının ləğv olunması və prezidentliyə namizədliyinin qeydə alınması tələbinin əks olunduğu iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına təqdim edib.

VIP mətbuat xidmətindən bildirlib ki, “iddia ərizəsində MSK-nın Ə.Əliyevə imza vərəqələrini qanunla nəzərdə tutulmuş müddətdə verməməsi, təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesində nə onun, nə də nümayəndələrinin iştirakının təmin edilməməsi və 5 477 seçici imzasının MSK ekspertlərinin əsassız şübhəsinə uyğun “oxşar” hesab olunaraq, etibarsız sayılmasının obyektivliyi əks etdirmədiyi əsas götürülərək, ali seçki qurumunun məlum qərarının ləğv olunması tələb edilib”.

Ə.Əliyevin iddiası ilə bağlı məhkəmə iclası sentyabrın 17-si saat 14:00-a təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti