Əli Əliyev MSK-nı məhkəməyə verdi

Əli Əliyev MSK-nı məhkəməyə verdi
  16 Sentyabr 2013    Oxunub:907
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi qeydə alınmayan Əli Əliyev Mərkəzi Seçki Komissiyasının qeyd olunan qərarı ilə bağlı məhkəməyə müraciət edib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, partiya sədri iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına təqdim edib.

İddia ərizəsində MSK-nin Ə.Əliyevə imza vərəqələrini qanunla nəzərdə tutulmuş müddətdə verməməsi, təqdim etdiyi seçici imzalarının yoxlanılması prosesində nə onun, nə də nümayəndələrinin iştirakının təmin edilməməsi və 5 477 seçici imzasının MSK ekspertlərinin əsassız şübhəsinə uyğun “oxşar” hesab olunaraq, etibarsız sayılmasının obyektivliyi əks etdirmədiyi əsas götürülərək, ali seçki qurumunun məlum qərarının ləğv olunması tələb edilib.

Ə.Əliyevin iddiası ilə bağlı məhkəmə iclası sentyabrın 17-si saat 14-00-a təyin olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti