Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib

Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib
  11 Oktyabr 2017    Oxunub:1766
Atəşkəs rejimini pozarkən Azərbaycan Ordusu tərəfindən məhv edilən 19 yaşlı erməni əsgər Caplin Marqaryan Armavir vilayətindən orduya çağırılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün ölüm xəbəri yayılan təxribatçı əsgər dünən səhər saatlarında yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyi məlumatı hamıdan gizlədib. Məlum olub ki, o, dünən atəşkəs rejimini pozmağa çalışıb. Nəticədə sinə nahiyəsindən güllə yarası alıb. Düşmən əsgəri təcili əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Caplin Marqaryan axşam saat 3 radələrində ölüb. O, 8 ay orduda xidmət edib.

Ermənistanın Müdafiə Nazirliyi dünən təxribata cəhd edən erməni əsgərin yaralanmasını nəinki ictimaiyyətdən, əsgərin ailəsindən də gizlədib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti