Türkiyədə tanınmış güləşçini güllələdilər - FOTO

Türkiyədə tanınmış güləşçini güllələdilər - FOTO
  11 Oktyabr 2017    Oxunub:5856
2016 Rio Olimpiya Oyunlarında kişilər arasında yunan-roma güləşi üzrə 98 kiloqramda bürünc medal qazanan Türkiyənin milli güləşçisi Cenk İldem güllələnib.
AzVision.az “Huriyyet” nəşrinə istinadən xəbər verir ki, şəhərdə düşdüyü tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə digər avtomobildə olan şəxslər onu iki ayağından güllələyib.

İdmançı dərhal xəstəxanaya aparılıb. Hər iki ayağından yaralanan güləşçinin durumunun yaxşı olduğu və İstanbulda əməliyyat ediləcəyi açıqlanıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Güləş  





Xəbər lenti