Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət

Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət
  11 Oktyabr 2017    Oxunub:1892
İspaniya hökuməti Kataloniya rəhbərliyinə muxtar vilayətin müstəqillik elan edib-etməməsi barədə sual ünvanlayıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Mariano Rahoy “Hökumət Kataloniya rəhbərliyindən müstəqilliyi elan edib-etməmələrinə dair izahat tələb edib”, - deyə bəyan edib.

O, qeyd edib ki, bu tələb ölkə Konstitusiyasının 155-ci maddəsini işə salmaq üçün lazımdır: “Bununla da biz vətəndaşlara əminlik vermək istəyirik. Vilayət rəhbərliyinin cavabı yaxın günlərdə hökumətin hansı addımlar atacağını müəyyənləşdirəcək”.

Qeyd edək ki, İspaniya Konstitusiyasının 155-ci maddəsi Kataloniyanı muxtar statusunu ləğv etməyə imkan verir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti