Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
Müdafiə naziri Vigen Sarqsyan orduda insan hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə sualdan yayınıb. Erməni nazir ordu-kilsə münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan