“MDB ölkələri arasında iqtisadi aktivlik artıb” - Putin

“MDB ölkələri arasında iqtisadi aktivlik artıb” - Putin
  11 Oktyabr 2017    Oxunub:1857
Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında iqtisadi aktivliyin artdığını vurğulayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Putin MDB dövlət başçıları Şurasının geniştərkibli iclasında çıxışı zamanı deyib.

“MDB dövlət başçıları Şurasının iclası zamanı adətən biz ilk növbədə iqtisadiyyata diqqət ayırırıq. Bununla əlaqədar vurğulamaq istəyirəm ki, ilin əvvəlindən ölkələrimiz arasında iqtisadi aktivliyin bərpa olunması müşahidə olunur. Qarşılıqlı ticarət dövriyyəsi 25% artaraq 75 milyard dollara çatıb”, - deyə Putin vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Rusiya  





Xəbər lenti