MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı - FOTOLAR

MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı - FOTOLAR
  11 Oktyabr 2017    Oxunub:2605
Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda 2018-ci il üçün MDB-yə sədrliyin Tacikistan Respublikasına keçməsi barədə qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.



Geniş tərkibdə görüşdə isə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon və MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. Sonda MDB liderləri tərəfindən 18 sənəd imzalanıb.







İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: MDB  





Xəbər lenti