Həkimlər biliklərini artıracaq

Həkimlər biliklərini artıracaq
  16 Sentyabr 2013    Oxunub:933
Sənədlər 18 sentyabrdan 1 oktyabr tarixinədək saat 10:00-dan-16:00-dək Səhiyyə Nazirliyində (245246 nömrəli otaq) qəbul edilir.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə 2013-cü il sentyabr ayında start veriləcək.

Belə ki, akademiyanın professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün neonatologiya, endokrinologiya və pulmonologiya ixtisasları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda elmi-praktiki kurslar keçiriləcək.

Kurslarda Səhiyyə Nazirliyinin tabeçiliyində olan respublika üzrə dövlət xəstəxanalarında yuxarıda qeyd olunan ixtisaslar üzrə işləyən 45 yaşınadək və rus dilini bilən mütəxəssislər iştirak edə bilərlər.

Nihadə





Teqlər:





Xəbər lenti