Məşhur gürcü aktrisa mənzilində ölü tapılıb

Məşhur gürcü aktrisa mənzilində ölü tapılıb
  12 Oktyabr 2017    Oxunub:1932
Gürcüstanın məşhur aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, 58 yaşlı aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Ehtimal edilir ki, Lika Kavjaradze ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti