UNESCO-nun baş direktoru yenə seçilmədi

UNESCO-nun baş direktoru yenə seçilmədi
  12 Oktyabr 2017    Oxunub:1944
UNESCO-nun baş direktoru postuna seçkilərin üçüncü turu nəticə verməyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə keçirilən səsvermədə namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan səsi toplaya bilməyib. Səsvermənin növbəti turu sabah baş tutacaq.

Qeyd edək ki, baş direktor seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır.

Xatırladaq ki, UNESCO-nun baş direktoru postu uğrunda Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləri mübarizə aparır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə ötən gün namizədliyini geri götürüb.

AzVision.az


Teqlər: UNESCO  





Xəbər lenti