Uorlik Qarabağdan Vyanaya gedib

 Uorlik Qarabağdan Vyanaya gedib
  16 Sentyabr 2013    Oxunub:1111
Regiona səfərini başa vuran ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik Vyanadadır.
Bu barədə Ceyms Uorlikin özü məlumat verib. Həmsədr bildirib ki, Dağlıq Qarabağa da səfərini başa vurub və hazırda Vyanadadır. Vasitəçi deyib ki bir qədər sonra ATƏT-in baş katibi Lamberto Zanier ilə görüşəcək.

Görüş zamanı Ceyms Uorlikin yeni təyinatı üzrə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosessi müzakirə ediləcək. Qeyd edək ki, BMT-nin 68-cı sessiyası zamanı Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə də görüşü olacaq.


Teqlər:





Xəbər lenti