Zakir Həsənov Tacikistan prezidenti ilə görüşdə - Yenilənib

Zakir Həsənov Tacikistan prezidenti ilə görüşdə - Yenilənib
  12 Oktyabr 2017    Oxunub:3460
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



***
(10:29)

Tacikistan prezidenti Emomali Rahmon Düşənbədə MDB-yə üzv ölkələrin müdafiə nazirlərini qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin rəsmi saytına məlumat yer alıb.

E.Rahmon təhlükəsizliyin təmin olunması və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi hesabına 25 il ərzində MDB məkanında yaranan sabitliyə görə nazirlərə öz təşəkkürünü bildirib. Prezident eyni zamanda müdafiə sahəsində hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini də vurğulayıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Tacikistan prezidenti Emomali Rahmonla görüşdə iştirak edib.

Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi il MDB müdafiə nazirləri Şurasının iclası keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Taciksitan   Rahmon  





Xəbər lenti