"Metsamor-1" stansiyası 40 ilə söküləcək

  12 Oktyabr 2017    Oxunub : 1846
"Metsamor-1" stansiyası 40 ilə söküləcək

Ermənistanın "Metsamor-1" stansiyasının işləməyən enerji blokunun sökülməsinə azı 40 il vaxt lazımdır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ enerji blokunun sökülməsi strategiyasına daxil edilib və qanun layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib.

Stansiyanın birinci enerji bloku 1988-ci ildə baş verən zəlzələdən sonra fəaliyyəti dayandırılıb və 2007-ci ildə bağlanmasına dair qərar qəbul edilib.

Bundan əlavə blokun 40 il ərzində sökülməsinə qərar verilib. Stansiyanın üç mərhələdən ibarət olan ümumi söküntü dəyəri 310,37 milyon dollar civarında qiymətləndirilir.

Alpər Mövlüdoğlu
AzVision.az

Teqlər: Metsamor