İlham Əliyev Tehranda Putin və Ruhani ilə görüşəcək

İlham Əliyev Tehranda Putin və Ruhani ilə görüşəcək
  12 Oktyabr 2017    Oxunub:1365
Rusiya prezidenti Vladimir Putinin İrana səfəri üzərində iş gedir.

AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib.
O bildirib ki, səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Uşakov qeyd edib ki, səfər ilin sonuna kimi baş tutacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev   Azərbaycan   Rusiya   İran  





Xəbər lenti