Yatağan Serjik – Ermənistan prezidenti əvvəllər də dəfələrlə biabır olub (VİDEO)

  12 Oktyabr 2017    Oxunub : 16869
Yatağan Serjik – Ermənistan prezidenti əvvəllər də dəfələrlə biabır olub (VİDEO)

Ermənistan prezidenti Serj Sarkisyanın ötən gün Soçidə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası zamanı yuxuya getməsi maraq doğurub.

AzVision.az xəbər verir ki, region üçün son dərəcə önəmli görüşdə erməni prezidentin yatması onun Putinin dəvəti ilə baş tutan Soçi sammitinə hörmətsz yanaşmasından irəli gəlir. Kadrlardan da göründüyü kimi Sarkisyan çıxışlara qulaq asmır, fürsətdən istifadə edərək gözünün acısını almağa çalışır. Sarksiyanın rəsmi tədbirlərdə yatması ilk hal deyil. O, bundan öncə də bir neçə görüşdə mürgülüməsi ilə diqqət çəkib.



Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib. Eyni zamanda Sarkisyan 2015-ci il martın 16-20-də İrəvanda keçirilən Avronest Parlament Assambleyasının dördüncü plenar iclası zamanı yuxulayıb. Həmin iclasda “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin beş üzvü və Avropa Parlamentinin 60-a yaxın nümayəndə heyəti iştirak edirdi.



Bəzi iddialara görə, Serjikin yuxu problemi narkotik asılılığı ilə əlaqədardır. Sarkisyanın Rusiyanın tanınmış jurnalisti Vladimir Poznerə verdiyi müsahibədən sonra belə iddialar geniş vüsət alıb. Müsahibə zamanı Sarkisyan jurnalistin suallarına yalnız “hə” və “yox” deyə cavab verir. Və ya cavab vermək zamanı çatanda gülür.



Sarkisyanın rəsmi mərasimlərdə özünü apara bilməməsi ilə bağlı faktlar çoxdur. Qeyd etdiyimiz məqamlardan bir Roma Papası Fransiskin İrəvana səfəri zamanı qeydə alınıb. Belə ki, etik qaydalara əsasən rəsmi qəbul zamanı birinci qonaq əyləşməlidir. Serjik buna məhəl qoymur və özü qonaqdan qabaq əyləşir. Bu olay dünya KİV-lərdinə sərt tənqid olunmuş, erməni prezidentin Roma Papasına hörmətsizliyi kimi qiymətləndirilmişdi.



Eyni zamanda Ermənistanda millət vəkiləri də ölkə başçısına hörmət etmir. Məsələn, prezident seçkilərində qalib gələn Sarkisyan deputatlar qarşısında çıxış edir. Parlament üzvləri Sarkisyanın çıxışı qulaq ardına vurub, telefonla şəkillər çəkdirir, öz aralarında söhbət edirlər. Sarkisyan isə həmin vaxt ölkənin “inkişafından” danışır.



İnkişafdan söz düşmüşkən, Ermənistanda keçirilən seçkilərdə yeni texnologiyalardan istifadə edildiyini deyən Serj prezident səsvermədə biabır olmuşdu. Belə ki, pasportu tanıyan aparat prezidentin kimliyini təyin etməmişdi. Bu epizod günlərlə gülüş hədəfinə çevrilmişdi.




İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Sarkisyan