Rusiya Azərbaycan pomidoruna nəzarəti gücləndirir

Rusiya Azərbaycan pomidoruna nəzarəti gücləndirir
  12 Oktyabr 2017    Oxunub:1991
“Rosselxoznadzor” qadağan olunan məhsulların ixrac edilməsi hallarına qarşı apardığı önləyici tədbirlər çərçivəsində Azərbaycan, Ermənistan və Belarusdan meyvə-tərəvəz məhsullarının, xüsuslilə də pomidorların idxalına nəzarəti gücləndirəcək.
AzVision.az-ın “Ria Nosvosti” agentliyinə istinadən verdiyi xəbərə görə, “Rosselxoznadzor” bəyan edib ki, son zamanlar Azərbaycan, Ermənistan və Belarusdan qadağan olunan məhsulların idxal edilərək guya bu ölkələrdə istehsal olunmuş kimi Rusiyaya ixrac edilməsi halları çoxalıb.

Qurum malların qablaşdırılması zamanı etiketlərin üzərində istehsalçının dəqiq adresinin göstərilməsini tələb edib. Qeyd olunub ki, əks halda mallar istehsalçıların dəqiq ünvanı bilinənə qədər ölkəyə buraxılmayacaq.

Qeyd edək ki, Rusiyada Türkiyədə istehsal olunan pomidorların qeyri-leqal olaraq Azərbaycan, Ermənistan və Belarusdan Rusiyaya təkrar ixrac olunması faktları aşkar edilib. Türkiyə tərəfindən Rusiya təyyarəsi vurulduqdan sonra rəsmi Moskva Türkiyə pomidorlarının ölkəyə ixracını qadağan edib.

AzVision.az



Teqlər: Rusiya   Türkiyə   Azərbaycan  





Xəbər lenti