Putin 11-ci qubernatoru da işdən çıxardı

Putin 11-ci qubernatoru da işdən çıxardı
  12 Oktyabr 2017    Oxunub:1248
Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı tutduğu vəzifədən azad edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Məlumata əsasən Turçak öz istəyi ilə vəzifədən gedib. Müvəqqəti olaraq vilayətə Mİxail Vedernikov rəhbərlik edəcək.

Qeyd edək ki, bununla da son həftələr ərzində Rusiyada istefaya göndərilən qubernatorların sayı 11-ə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Putin   Rusiya  





Xəbər lenti