700-dən çox erməni məmur işsiz qalacaq

700-dən çox erməni məmur işsiz qalacaq
  12 Oktyabr 2017    Oxunub:1446
Ermənistan hökumətinin 2018-ci il üzrə dövlət proqramına əsasən 700-dən çox məmur ixtisar ediləcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İnnovasiya və İnstitusional Araşdırmaları Mərkəzinin rəhbəri Atom Markaryan bu gün keçirilən mətbuat konfransında deyib.

Ekspertin sözlərinə görə, bu, Ermənistan dövlət aparatının saxlanılması üçün ümumi xərclərinin 0,7% -nə qənaət etməyə imkan verəcək.

"Konstitusiya dəyişiklikləri ciddi struktur dəyişiklikləri, eləcə də idarəetmə sistemində bəzi ixtisarlar və birləşmələr nəzərdə tutur" - deyə Marqaryan bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti