Daşqınlar 40 nəfərin ölümünə səbəb olub

Daşqınlar 40 nəfərin ölümünə səbəb olub
  12 Oktyabr 2017    Oxunub:2567
Vyetnamın şimal və mərkəzi hissəsinin bəzi əyalətlərində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 40 nəfər həlak olub, 22 nəfər itkin düşüb.
"Euronews" telekanal"ının verdiyi məlumata görə, Thanhoa, və Nqean, həmçinin Şonla, Hoabin və Yenbay əyalətlərində daşqınlar və onların səbəb olduğu torpaq sürüşmələri 1200 dən çox evi dağıdıb, bölgədə nəqliyyatın hərəkəti iflic olub.

Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi rayonlarda kənd təsərrüfatı sahələri su altında qalıb, elektrik xətləri sıradan çıxıb.

AzVision.az


Teqlər: Daşqın  





Xəbər lenti