TQDK-dan nazirin fikrinə münasibət

TQDK-dan nazirin fikrinə münasibət
  17 Sentyabr 2013    Oxunub:1145
Ali məktəblər üçün vakant yerlərə dair qəbul planı, plan yerlərinin sayı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təsdiqlənmir. Bütün təkliflər Prezident yanında Təhsil Komissiyasında toplanır.
Bunu Komissiyanın sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun "Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır" fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, həmin təkliflər əvvəlcə Təhsil Nazirliyi və Nazirlər Kabinetinə də təqdim olunur.

TQDK sədrinin sözlərinə görə, bu təkliflərə dair müxtəlif nazirliklər - İqtisadi İnkişaf, Maliyyə nazirlikləri də öz fikirlərini bildirirlər:

"Çünki ali məktəblərin imkanları və digər parametrləri əsasında bu məsələlər müzakirə edilir. Həmin planlar və vakant yerlərin say tərkibi isə Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiq edildikdən sonra icrası üçün komissiyaya təqdim olunur"./trend/


Teqlər:  





Xəbər lenti