YUNESKO-nun baş direktoru bu gün də seçilmədi

YUNESKO-nun baş direktoru bu gün də seçilmədi
  13 Oktyabr 2017    Oxunub:1417
YUNESKO-nun baş direktoru postuna seçkilərin dördüncü turu nəticə verməyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə keçirilən səsvermədə namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan səsi toplaya bilməyib. Səsvermənin növbəti turu sabah keçiriləcək.

Qeyd edək ki, baş direktor seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Hazırda YUNESKO-nun baş direktoru postu uğrunda Qətər, Misir və Fransa təmsilçiləri mübarizə aparır.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da namizədliyini geri götürüb.

AzVision.az


Teqlər: Yunesko  





Xəbər lenti