Prezidentdən Yevlaxla bağlı daha bir sərəncam

Prezidentdən Yevlaxla bağlı daha bir sərəncam
  17 Sentyabr 2013    Oxunub:950
Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti