Gürcüstan etiraz etdi, İrəvan səfir namizədini dəyişdi

  13 Oktyabr 2017    Oxunub : 1278
Gürcüstan etiraz etdi, İrəvan səfir namizədini dəyişdi
Gürcüstan hakimiyyəti Ermənistanın bu ölkəyə təyin edəcəyi səfirlə bağlı İrəvanla razılığa gəlib.

AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, səfir vəzifəsinə Ermənistan parlamentinin sabiq deputatı Ruben Sadoyan təyin ediləcək.
Onun keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryanın namizədi olduğu bildirilir.

Xatırladaq ki, daha öncə rəsmi Tiflis səfir postuna namizədliyi irəli sürülən Sergey Minasyanın anti-gürcü, Rusiyayönlü olduğunu əsas gətirərək onun təyinatına qarşı çıxmışdı.

Aplər Mövlüdoğlu
AzVision.az

Teqlər: Gürcüstan   Ermənistan   Səfir