Türkiyə Rusiyadan “S-500” raket sistemi almaq istəyir
![Türkiyə Rusiyadan “S-500” raket sistemi almaq istəyir Türkiyə Rusiyadan “S-500” raket sistemi almaq istəyir](https://azvision.az/photos/azerbaycan-rusiyadan-s-500-raket-eleyhine-mudafie-sistemi-satin-alir-15572_1507877361.jpg)
AzVision.az “Habertürk”ə istinadən xəbər evrir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyənin özünü müdafiə etmək hüququ var və heç bir ölkə rəsmi Ankaraya göstəriş verə bilməz.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison isə bildirib ki, Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb: “Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır. ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu, bizim marağımızda deyil. Bu, heç Türkiyənin özünün də marağında deyil”.
İlkin Nəcəfzadə
AzVision.az