Avropa İttifaqı (Aİ) Şurasının qərargahında təhlükəli vəziyyət

Avropa İttifaqı (Aİ) Şurasının qərargahında təhlükəli vəziyyət
  13 Oktyabr 2017    Oxunub:1695
Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldəki binasında tüstülənmə olub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. Bildirilib ki, ötən gün baş verən insident nəticəsində işçilər binadan təxliyə edilib. 10-dan çox insan tüstüdən zəhərlənib.
Bəyanatda vurğulanıb ki, tüstülənməyə səbəb mətbəxdə ventilyasiya sistemində yaranan problem olub.

Aİ Şurası əmin edir ki, insident 19-20 oktyabr tarixlərində ölkə və hökumət başçılarının sammitinin keçirilməsinə mane olmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Brüssel  





Xəbər lenti