Nazir şənbə gününü vətəndaşlara ayıracaq

Nazir şənbə gününü vətəndaşlara ayıracaq
  17 Sentyabr 2013    Oxunub:925
Gənclər və idman naziri Azad Rəhimov tərəfindən cari ilin sentyabr ayının 21-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Sumqayıt şəhəri 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binasında (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Sülh küçəsi 17) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların 20 sentyabr 2013-cü il tarixinədək saat 09.00-dan 18.00-dək qeyd olunmuş şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.


Teqlər:





Xəbər lenti