Sabiq nazir YUNESKO-nun baş direktoru seçildi

Sabiq nazir YUNESKO-nun baş direktoru seçildi
  14 Oktyabr 2017    Oxunub:1450
Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.
AzVision.az Rusiya KİV-lərinə istinadən bildirir ki, keçmiş nazir səsvermədə 30 səs, onun rəqibi qətərli Həməd bin Ədüləziz Əl-Kavari isə 28 səs toplayıb.

Qeyd edək ki, səsvermədə qələbə qazanmaq üçün azı 30 səs toplamaq lazım idi.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da YUNESKO-nun baş direktoru postuna namizədliyini irəli sürmüş, sonradan geri götürmüşdü.

AzVision.az



Teqlər: YUNESKO  





Xəbər lenti