Ermənistanın borcu 1 milyard dollar artacaq

Ermənistanın borcu 1 milyard dollar artacaq
  14 Oktyabr 2017    Oxunub:1477
Ermənistanın xarici borcu təxminən 1 milyard dollar artacaq.
AzVision.az xəbər verir ki, bu barədə İnnovasiya və İnstitusional Araşdırmaları Mərkəzinin rəhbəri Atom Markaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti üçün dövlət büdcəsi kəsirinin təqdim edilən xərclər çərçivəsində həll edilməsi çox çətin olacaq.

"Ən azından bu il dövlət büdcəsi planında ÜDM-un 3%-lik kəsiri nəzərə alınır" - deyə o əlavə edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti