8 mindən çox gömrük pozuntusu aşkarlanıb

  16 Sentyabr 2013    Oxunub : 548
8 mindən çox gömrük pozuntusu aşkarlanıb
2013-ci ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 8194 inzibati qanun pozuntusu aşkar edilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, onlardan 81-i qanunsuz keçməyə cəhd, 151-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 7019-u isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin, hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 152 fakt qeydə alınıb. Məlumata görə, 227 fakt qaçaqmalçılıqla, 106-sı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 99 kiloqram narkotik vasitə, 10,17 kiloqram psixotrop maddə ələ keçirilib. Həmçinin, 8 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-avqust aylarında şübhəli şəxs qismində 260 nəfər saxlanılıb.

Teqlər: