İtaliya sahillərində 600 miqrant xilas edilib

İtaliya sahillərində 600 miqrant xilas edilib
  14 Oktyabr 2017    Oxunub:1423
İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib.
Xarici KİV-lərin məlumatına görə, xilasetmə əməliyyat 36 saata yaxın davam edib. Xilas edilənlərin Palermo şəhərinə gətirildiyi bildirilir.

Qeyd edək ki, bu ilin sentyabrında Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustunda isə İspaniya sahillərində 600 qeyri-qanuni miqrant xilas edilmişdi.

AzVision.az


Teqlər: İtaliya   Miqrant  





Xəbər lenti