ABŞ İranla nüvə razılaşmasından imtina etməyəcək

ABŞ İranla nüvə razılaşmasından imtina etməyəcək
  14 Oktyabr 2017    Oxunub:1310
Birləşmiş Ştatlar İranla əldə olunan nüvə razılaşmasından imtina etmir.
AzVision.az “112.ua” saytına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert “Twitter” səhifəsində yazıb.

“Televiziya manşetlərinə aldanmayın. Biz İranla əldə olunan nüvə razılaşmasından imtina etmirik. Eyni zamanda İranın terror fəaliyyətini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk”, - H.Noyert vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxacağını istisna etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ   İran   Tramp  





Xəbər lenti