Fransa prezidenti İrana dəstək nümayiş etdirdi

Fransa prezidenti İrana dəstək nümayiş etdirdi
  14 Oktyabr 2017    Oxunub:1456
Avropa ölkələri rəsmi Tehran və altılıq ölkələri arasında imzalan atom üzrə razılaşmanı davam etdirmək niyyətindədir.
AzVision.az “İnterfax”-a istinadn xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı bildirib.

“Prezident xatırladıb ki, ABŞ-ın mövqeyi atom üzrə sazişin ləğv olunması ilə nəticələnməyəcək. Fransa, onun avropalı tərəfdaşları və bütün tərəflərlə birgə bütün öhdəlikləri yerinə yetirməyə davam edəcək”, - deyə Yelisey Sarayının yaydığı məlumatda bildirilib.

Makron, həmçinin bildirib ki, Fransa XİN rəhbəri Jan-İv Le Drian yaxın həftələrdə İrana səfər edərək nüvə problemini müzakirə edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   ABŞ   Makron  





Xəbər lenti