Ermənistanda iki nazirlik ləğv edilir

Ermənistanda iki nazirlik ləğv edilir
  14 Oktyabr 2017    Oxunub:1596
Ermənistanda iki nazirlik, bir dövlət qurumu ləğv edilir.
AzVision.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, 2018-ci il üçün gözlənilən dəyişikliklərdən öncə struktur islahatları gündəmə gəlib. Məqsəd qurumların birləşdirilərək ortaq maliyyə modelinin yaradılması, nəticə etibarı ilə xərclərin azaldılmasıdır.

Məlumatlara görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi, Ərazi İdarəetmə Nazirliyi və Polis xidmətinin birləşdirilərək bir qurumda toplanması müzakirə edilir. Qurumların birləşdiriləcəyi halında polis yeni “Polis Qvardiyası” adını daşıyacaq.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti