Avropa İttifaqı İrəvandan Qarabağ münaqişəsinin həllini tələb edir

Avropa İttifaqı İrəvandan Qarabağ münaqişəsinin həllini tələb edir
  14 Oktyabr 2017    Oxunub:5122
Avropa İttifaqı Şurası Ermənistanla Aİ arasında razılaşdırılan genişləndirilmiş və hərtərəfli əməkdaşlıq sazişinin mətnini yayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sazişin noyabr ayında Brüsseldə Avropa ittifaqı Şərq Tərəfdaşlıq forumu çərçivəsində imzalanması gözlənilir. Yeni sazişdə Ermənistanın Avrasiya İqtisadi Birliyinin (AİB) xeyrinə imtina etdiyi Aİ-ilə Assosiasiya sazişi layihəsinin elementləri də yer alıb.

Ermənistanla yeni bağlanacaq sazişdə Dağlıq Qarabağ münaqişəsinə də yer ayılıb. Sənəddə qeyd edilib: “Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsinin sülh və davamlı nizamlanması yoluna sadiqliyi, həmçinin münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi çərçivəsində danışıqlar yolu ilə tez bir zamanda həllinin vacibliyini tanıyırıq. Həmçinin, bu nizamlanmanın BMT nizamnaməsi və Helsinki Yekun Aktında, ATƏT nazirlərin Şurasının 2008-ci ildə baş tutan 16-cı iclasından sonra ATƏT-in Minsk qrupunun yaydığı bütün bəyanatlarda göstərilən prinsiplər əsasında (təhdid və ya güc tətbiq, dövlətlərin ərazi bütövlüyü və bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə) nail olunmasının vacibliyini tanıyırıq; həmçinin Avropa İttifaqının nizamlanma prosesini dəstəkləməsi barədə bəyanata sadiqliyini vurğulayırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Ermənistan  





Xəbər lenti