Erməni hərbçilər arasında dava: Xəsarət alanlar var
Məlumata görə, Araqatsnot vilayətinin Araqatsavan kənd sakini Ermənistanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmət edən, baş leytenant Hrant Yeğiazaryana qarşı ittiham irəli sürüb. İttihamda, onun, 24 aprel 2017-ci ildə öz hərbi geyimini keçmiş hərbiçi yoldaşından götürmək məqsədilə, həmkəndlisi Smbat Mkrtçyanla birgə maşınla qanunsuz olaraq “Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olması bildirilir.
Bundan əlavə, Hrant Yeğiazaryanın sözügüdən təlim mərkəzi ərazisində həmin hərbi hissənin baş giziri Arman Sarkisyanla mübahisə edib. Mübahisə zamanı, Yeğiazaryan baş gizirə bədən xəsarətləri yetirərək, ona qarşı fiziki zorakılıq tətbiq edib.
Baş gizir də eynilə Hrant Yeğiazaryana qarşı zorakılıq tətbiq edib. Smbat Mkrtçyanın isə, baş leytenant Hrant Yeğiazaryanla birgə maşınla qanunsuz olaraq “Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olduğuna görə, ittiham irəli sürülüb. Nəticədə, onların hər üçünə qarşı cinayət işi açılıb.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan