Qırğızıstanda prezident seçkiləri başa çatıb - Yenilənib

Qırğızıstanda prezident seçkiləri başa çatıb - Yenilənib
  15 Oktyabr 2017    Oxunub:3592
Qırğızıstanda keçirilən növbəti prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb. Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştirak etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb.

***
(09:40)

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

AzVision.az xəbər verir ki, səsvermə Qırğızıstan vaxtı ilə saat 8-də başlayıb. 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Seçkilərdə 11 namizəd iştirak edir.

Qeyd edk ki,Azərbaycan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə edir.

Milli Məclisin deputatları Nizami Cəfərov TürkPA xətti ilə, Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində seçkiləri izləyirlər.

AzVision.az


Teqlər: Qırğızıstan   Seçki  





Xəbər lenti