Ermənistan ordusunda rəzalət - Posta çıxan əsgəri zorlayıblar
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayət işində iki nəfər - Paryur Hakopyan və Mher Melikyan şübhəli bilinir.
Həmin gün Mher Gevorqdan bacısının telefon nömrəsini istəyib. Gevorg ona telefon nömrəsi versə də, daha sonra nömrənin səhv olduğu aşkarlanıb. Səhv telefon nömrəsi verdiyinə görə, Mher yenidən Gevorqu zorlayıb.
Digər hərbi qulluqçu Paryur Hakopyan isə 2016-cı ilin martın 11-dən 12-ə keçən gecə Qevorqun üz nahiyəsinə zərbələr endirib. Nəticədə sonuncunun sol gözü ciddi zədə alıb. Baş verən zorakılıqlara dözməyən Gevorq Asoyan 1 aprel 2016-cı il tarixində döyüş mövqeyində ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Məhkəmə İntihar