Jeenbekov prezidentliyin bir addımlığındadır

Jeenbekov prezidentliyin bir addımlığındadır
  15 Oktyabr 2017    Oxunub:1627
Qırğızıstanda keçirilən prezident seçkilərində səslərin 1,5 milyondan çoxu sayılıb.
"RİA Novosti"-nin məlumatına görə, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermədə 1 milyon 557 min 225 seçici iştirak edib.

Hazırki məlumata əsasən, Soornbay Jeenbekov 55 faiz (885 min 649) səs qazanıb. Onun əsas rəqibi olan müxalifətçi Omurbek Babanov isə 529 min 118 səs toplayıb.

AzVision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti