Somalidəki partlayışda ölənlərin sayı 276-ya çatıb

Somalidəki partlayışda ölənlərin sayı 276-ya çatıb
  16 Oktyabr 2017    Oxunub:1066
Somalinin paytaxtı Moqadişoda yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb, təqribən 300 nəfər isə yaralanıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Somalinin informasiya naziri Əbdürrəhman Osman məlumat verib.

Qeyd edək ki, faciə il əlaqədar ölkədə üç günlük matəm elan olunub.

AzVision.az


Teqlər: Somali  





Xəbər lenti