31 yaşlı Sebastyan Kurts seçkidə qələbə qazandı

31 yaşlı Sebastyan Kurts seçkidə qələbə qazandı
  16 Oktyabr 2017    Oxunub:1695
Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası (ANP) liderlik edir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, seçkilərdə qələbə qazanan Kurts Avstriyanın yeni baş naziri ola bilər.
Səslərin ilkin hesablanmasından sonra ANP seçicilərin 31,4%-nin səsini toplayıb. İkinci yerdə 27,4% səslə Avstriya Azadlıq Partiyası qərarlaşıb.

Qeyd edək ki, Sebastyan Kurts bundan əvvəl Avstriyanın xarici işlər naziri, ATƏT-nın sədri olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avstriya  





Xəbər lenti