Polşanın xarici işlər naziri Azərbaycana gəlir

Polşanın xarici işlər naziri Azərbaycana gəlir
  16 Oktyabr 2017    Oxunub:1400
Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski oktyabrın 18-i tarixində Azərbaycana səfər edəcək.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Polşa   Azərbaycan  





Xəbər lenti