“WikiLeaks” Rusiya kəşfiyyatına işləyir - Klintondan qalmaqallı çıxış

  16 Oktyabr 2017    Oxunub : 985
“WikiLeaks” Rusiya kəşfiyyatına işləyir - Klintondan qalmaqallı çıxış

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton hesab edir ki, “WikiLeaks” saytı Birləşmiş Ştatlarda keçirilən seçkilərə mane olmaq üçün Rusiya hökuməti ilə fəaliyyətini koordinasiya edib.

AzVision.az xəbər verir ki, Klinton bunu “ABC” telekanalına müshabəsində deyib.

“Təəssüflər olsun ki, “WikiLeaks” hazırda rus kəşfiyyatının filialıdır, praktiki olaraq ona tabe olur”, - deyə Klinton vurğulayıb.

O, qeyd edib ki, “WikiLeaks” Vladimir Putinin təşəbbüskarı olduğu “əməliyyatlar” çərçivəsində fəaliyyət göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Hillari-Klinton   ABŞ   Rusiya   Putin