Avtomobil qəzaları Ermənistan ordusunun axırına çıxacaq

Avtomobil qəzaları Ermənistan ordusunun axırına çıxacaq
  16 Oktyabr 2017    Oxunub:3515
Ermənistanlı komandirlər tərəfindən bir çox cinayət hadisələrinin avtoqəza kimi sənədləşdirilməsi hərbçilərə, onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.
2017-ci il ərzində Ermənistan ordusunun hərbi qulluqçuları tərəfindən törədilən avtomobil qəzalarının sayı durmadan artır. Son 3 avtoqəza hadisəsi zamanı 7 erməni hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

AzVision.az “Armiya.az”a istinadən xəbər verir ki, Ermənistanın Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil qəzası zamanı ayağı sınıb. Həkimlərin dediyinə görə ayağına gips qoyulan zabit uzun müddət xidmətə çıxa bilməyəcək.

Daha bir avtomobil qəzası zamanı biri ağır olmaqla 5 hərbi qulluqçu müxtəlif xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus UAZ markalı avtomobil işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi törədib. Qəzada 1977-ci il təvəllüdlü Haykuş Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin travması alan 1950-ci il təvəllüdlü Martik Abelyan və 1969-cu il təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə qanaxmadan ölməsin deyə təcili yardımla şəhər xəstəxanasına çatdırılıb.

Ermənistan mətbuatının və sosial şəbəkələrin monitorinqi göstərir ki, bu ilin 9 ayı ərzində avtoqəza nəticəsində düşmən ordusunun 5 hərbi qulluqçusu ölüb, 54 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtoqəza zamanı əlil olan hərbi qulluqçular da az deyil. Belə hadisələr zamanı ermənistanlı valideynləri ən çox narahat edən məsələ ailələrin dövlət tərəfindən heç bir yardım ala bilməməkləridir.

Valideynlərin çoxsaylı şikayətlərinə əsas səbəb isə komandirlər tərəfindən digər cinayət hadisələrinin də avtomobil qəzası kimi sənədləşdirilməsidir. Bu da təbii ki, hərbçilərə və onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

AzVision.az


Teqlər: Ermənistan   Hərbçi   Ölüm  





Xəbər lenti