“Xəzər dənizində mühit çox kövrəkdir” - Lavrov

“Xəzər dənizində mühit çox kövrəkdir” - Lavrov
  16 Oktyabr 2017    Oxunub:1421
"Xəzər dənizində boru çəkməzdən əvvəl onun ətraf mühitə necə təsir edəcəyini anlamaq lazımdır"
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavov Soçidə Ümumdünya gənclər və tələbələr festivalında panel sessiyasında çıxışı zamanı bildirib.

“Qara dənizdən fərqli olaraq, Xəzər dənizində kövrək dəniz mühiti var. Ona görə də kəmərlərlə bağlı hər hansı bir qərar qəbul edilərkən belə layihələrin ətraf mühitə necə təsir etməsi ən detallı formada araşdırmaq lazımdır”, -deyə Lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Lavrov   Xəzər  





Xəbər lenti