Cenevrədə Əliyevlə Sarkisyan arasında görüş keçirilib - FOTOLAR+VİDEO

Cenevrədə Əliyevlə Sarkisyan arasında görüş keçirilib - FOTOLAR+VİDEO
  16 Oktyabr 2017    Oxunub:20335
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
AzVision.az xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.





***

Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüş başlayıb.

AzVision.az xəbər verir ki, prezidentlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri iştirak edirlər.







AzVision.az


Teqlər: İlham-Əliyev   Sarkisyan   Cenevrə   Qarabağ  





Xəbər lenti